Qadınlara (zövcəyə) əl qaldırmağın qadağa olması.

Question

Qadınlara (zövcəyə) əl qaldırmağın qadağa olması.

Rəsul (sallallahu aleyhi və səlləm) buyurmuşdur:

“Qadınlarınızı üzməyin! Onlar, uca Allahın sizlərə əmanətidir. Onlarla yumşaq olun, onlara yaxşılıq edin.”

(Muslim)

Həmçinin; Aişə anamız (Radiyallahu anhə) rəvayət edir ki, Rəsul (sallallahu aleyhi və səlləm) heç vaxt əli ilə kimisə vurmayıb – nə zövcəsini, nə də qulluqçusunu. Allah yolunda vuruşması istisnadır.

(Muslim 4/1814)

Rəsul (sallallahu aleyhi və səlləm) bizə aydınlaşdırır ki, yoldaşlar arasındaki münasibət şəfqət, sevgi, qayğı və incəlik üzərində qurulmalıdır. Buna görə Rəsul (sallallahu aleyhi və səlləm) bunu bu sözlərlə, qəti şəkildə qınayır:

“Necə olar ki, sizdən biriniz zövcəsini döysün, günün sonunda isə onunla bir yatağa baş qoysun?!”

(Buxari 5/1997)

Qeyd; Bu cür münasibət yalnız Allahın qəzəbinə səbəb olar. Əgər bu uşaqların gözü önündə olarsa daha pisdir. Çünki bu haldan uşaqlar da əziyyət çəkir..

0
habercikile 1 ay 0 Answers 61 views 0

bir cevap bırakın

anonim cevaplar